"Kür"ün baş məşqçisi Fuad Yanqildin: "Komandanı avrokubok oyununa hazırlamaqda çətinlik çəkirdik"
Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunun oyununa hazırlaşmaqda çətinlik çəkib.
"Far.Az"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Fuad Yanqildin jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis II təsnifat mərhələsində Kiprin APOEL kollektivini 40:18 hesabı ilə məğlub etdikləri matçla bağlı fikirlərini bölüşüb:
"Komandanı oyuna hazırlaşdırmaqda çətinlik çəkirdik. Uzun müddətdən sonra ilk oyunumuz idi. Çempionatımızın olmaması bizə çox pis təsir edir. Həndbolçularımızın oyun praktikası yoxdur. İki ay ancaq öz aramızda oyunlar təşkil etmişik".
F. Yanqildin oyunçuların qarşılaşmaya gərgin başladığını söyləyib:
"Qızlar oyuna bir az gərgin başladılar. Top itkiləri var idi. Sonradan toparlandıq və öz oyunumuzu nümayiş etdirə bildik. Bu qələbə komandada inamı artıracaq. Mərhələ keçəcəyimizə inanırıq. Növbəti raundda da bacarığımızı göstərməyə çalışacağıq. Hazırkı rəqiblə bağlı çox məlumatımız yox idi. İlk dəfədir ki, avrokuboklarda çıxış edirdilər. Bizim hədəfimiz həmişə yüksəkdir. Sabahkı oyundan sonra növbəti rəqibimiz bəlli olacaq".
Xatırladaq ki, tərəflər arasındakı cavab oyunu oktyabrın 11-də eyni məkanda baş tutacaq.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
EHF Avropa Kuboku: "Kür" ilk oyunda APOEL-i böyük hesabla məğlub edib
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
-
Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı
-
Mirror: Ronaldu Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb
-
"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb
-
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib













