Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti çərçivəsində Banqladeş Xalq Respublikasının xarici işlər üzrə dövlət naziri Humayun Kabir ilə görüşüb.
"Far.Az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüşdə AQEM-in VII Sammitinin uğurlu nəticələri məmnunluqla qeyd olunub, Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər Azərbaycan və Banqladeş arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi barədə razılaşmanın əhəmiyyəti vurğulanıb.
Enerji, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı, bu istiqamətlərdə mövcud imkanlardan səmərəli istifadə edilməsi və xalqlar arasında əlaqələrin gücləndirilməsi məsələlərinə toxunulub.
Görüş zamanı BMT çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Banqladeşin xarici işlər naziri olan BMT Baş Assambleyasının Prezidenti ilə keçirilmiş görüş məmnunluqla xatırlanıb, çoxtərəfli platformalarda birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Həmçinin gələn il Azərbaycanın ev sahibliyi ilə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammiti və bu çərçivədə əməkdaşlıq imkanları müzakirə edilib.
Nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın, o cümlədən Parlament Şəbəkəsi və Gənclər Təşkilatının fəaliyyətinin əhəmiyyətini vurğulayıb, bu mexanizmlər vasitəsilə parlamentlərarası və gənclər arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
-
UEFA Avropa Liqasında II turunun oyunları keçirilib













