Ukrayna yaxın vaxtlarda İsveçdən "Gripen" qırıcı təyyarələrinin tədarükünü gözləyir
Far.Az xəbər saytı

Ukrayna yaxın vaxtlarda İsveçdən "Gripen" qırıcı təyyarələrinin tədarükünü gözləyir


Ukrayna yaxın vaxtlarda İsveçin "Gripen" qırıcı təyyarələri almağı gözləyir.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb.

Təyyarələrin tədarükü məsələsi Zelenskinin İsveçin Baş naziri Ulf Kristerssonla görüşündə müzakirə olunub.

Onun sözlərinə görə, tərəflər həmçinin Rusiya hücumlarından qorunmaq üçün Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi ehtiyaclarını müzakirə ediblər.

"Gripen qırıcı təyyarələri üzrə əldə edilmiş razılaşmalara görə İsveçə təşəkkür edirəm. Yaxın vaxtlarda onların tədarükünü gözləyirik. Onlar, xüsusilə "Shahed" tipli reaktiv dronların zərərsizləşdirilməsi zamanı F-16 qırıcılarımızı tamamlayacaq", - Prezident qeyd edib.

Bundan əlavə, görüşdə Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmaq perspektivləri və qış ərəfəsində ölkənin enerji sektoruna dəstək müzakirə edilib.

Zelenski həmçinin Ukraynaya dəstəyə görə İsveçə, onun hökumətinə və şəxsən Kristerssona təşəkkür edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Zelenski: Ukrayna 150 ədəd "Gripen" qırıcı təyyarəsi alacaq - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər