Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Far.Az xəbər saytı

Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür


18 oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür.

"Far.Az" xəbər verir ki, bu, Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.

"Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etməsinin 35-ci ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, doğma vətənimiz üçün əbədi müstəqillik, davamlı sülh, tərəqqi və firavanlıq arzulayırıq.

Qoy müstəqil Azərbaycanımız daim inkişaf etsin, üçrəngli bayrağımız hər zaman yüksəklərdə dalğalansın!" - paylaşımda qeyd olunub.

Həmçinin XİN başçısı Ceyhun Bayramov da sosial şəbəkədə paylaşım edərək xalqı Müstəqilliyin Bərpası Günü münaibətilə təbrik edib.

"Bu gün müstəqil Azərbaycan öz zəngin dövlətçilik irsinə söykənərək inamla gələcəyə doğru irəliləyir, beynəlxalq arenada mövqeyini möhkəmləndirir və milli maraqlarını qətiyyətlə müdafiə edir", - C. Bayramov yazıb.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Ceyhun Bayramov İrpendə Azərbaycanın dəstəyi ilə bərpa olunan obyektlərdə olub
Sabah Development: Gələcəyə Addım - Sabah gələcəyi necə formalaşdırır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər