Kamandan oxatma üzrə Superkubok yarışı keçirilib
Far.Az xəbər saytı

Kamandan oxatma üzrə Superkubok yarışı keçirilib


Gənclər və İdman Nazirliyinin dəstəyi və Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə Superkubok yarışı keçirilib.

​"Far.Az"un məlumatına görə, tədbirin açılış mərasimində federasiyasının baş katibi Fərid Xəlilov və Xəzər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Pərvin Şirvani idmançılara uğurlar arzulayıblar.

Daha sonra Fərid Xəlilov yarışı açıq elan edib və oxatanlar mübarizəyə başlayıblar.

​70 metr məsafədə qadınlar arasında Fatimə Hüseynli qızıl, Yaylagül Ramazanova gümüş, Lalə Əbdürəhmanova isə bürünc medala sahib olublar.

Kişilərin mübarizəsində Məhəmmədəli Əliyev qızıl, Sərdar Vəliyev gümüş, Nurlan Rəhimli isə bürünc medala yiyələniblər.

Turnirin final mübarizəsində Fatimə Hüseynli ilə üz-üzə gələn Məhəmmədəli Əliyev qələbə qazanaraq Superkubokun mütləq qalibi adını qazanıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər