Güngör Yavuzaslan: Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrikində azərbaycanlı həmkarı İlham Əliyevə "qardaşım" deyə müraciət etməklə son dövrlər iki ölkə münasibətlərinə dair dolaşan iddialarla bağlı son nöqtəni qoyub.
"Far.Az" xəbər verir ki, bunu türkiyəli jurnalist və analitik Güngör Yavuzaslan "Haber Global"a müsahibəsində deyib.
"Ərdoğan həm xalq, həm də dövlətin adından bütün dünyaya bu mesajı verir: Ərdoğan və Əliyev qardaşdır, Türkiyə ilə Azərbaycan qardaşdır", - Yavuzaslan bildirib.
Ərdoğandan sitat gətirən jurnalist bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığı bütün dünya üçün örnəkdir:
"Bu həssas dönəmdə Türkiyə Prezidentinin verdiyi mesaj bu idi: qardaşlığımızı heç kim poza bilməz. Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi kimi önəmli tədbirin hazırlıqları gedən vaxtda bəziləri təxribata əl atıblar. Bundan başqa, Zəngəzur dəhlizi, Məkkə sazişinin müzakirə oldunduğu, TDT-nin yeni strategiyasının planlaşdırıldığı dönəmdə süni böhran yaratmaq cəhdi idi. Türk birliyinin lokomativi olan Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınıb".
Jurnalist sonda bütün iddialara rəğmən, sözügedən mövzuda tutduğu mövqe və yayım siyasətinə görə "Haber Global"a təşəkkür edib.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
-
BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var
-
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib
-
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Qurban Qurbanov: "Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır"













