Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir
Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin satışına dair müqavilə və personalın hazırlığı proqramının layihəsini gözləyir.
"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
"Qətərin təlim proqramının layihəsini və satış müqaviləsini hazırlayaraq daha sonra ölkəmizə təqdim edəcəyi gözlənilir", - məlumatda qeyd olunub.
Nazirliyin məlumatına görə, satınalma ilə bağlı danışıqlar davam edir. Avqust və sentyabr aylarında iki ölkənin nümayəndə heyətləri təyyarə və sursat tədarükünün tərkibi, pilotların və texniki xidmət mütəxəssislərinin hazırlığı daxil olmaqla, texniki və logistik məsələləri müzakirə ediblər.
Ötən il Ankara və London 20 ədəd "Eurofighter Typhoon" qırıcı təyyarəsinin tədarükünə dair saziş bağlayıblar. Türkiyə həmçinin Qətər və Omandan daha 24 təyyarə almaq niyyətində olduğunu bildirib. Hələlik bu satınalmalarda əhəmiyyətli irəliləyiş yoxdur. Təyyarələrin təhvil verilməsi üçün ayrı-ayrı müqavilələr lazımdır.
Nazirlikdən həmçinin hava hücumundan müdafiə sahəsində milli layihələrin həyata keçirilməsi, hərbi platformaların yaradılması, "KAAN" qırıcı təyyarəsinin və pilotsuz uçuş aparatlarının hazırlanması, eləcə də hərbi gəmiqayırma ilə əlaqədar olaraq 2027-ci il üçün müdafiə büdcəsinin artırıldığı barədə məlumat verilib.
Bundan əlavə, oktyabrın 21-də Türkiyə Qətər, Pakistan və İndoneziya ilə müdafiə əməkdaşlığının, o cümlədən silahların birgə işlənib hazırlanması və istehsalı yolu ilə gücləndirilməsinə dair saziş imzalayıb.
Oxşar xəbərlər
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Türkiyə və Britaniya "Eurofighter Typhoon" qırıcı təyyarələri ilə bağlı müqavilə imzalayıb
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Gəncə Mall"da oğurluq
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər
-
Tünzalə Ağayevadan 50 yaşında özünə hədiyyə: "100 dəfə 1000 dəfə"
-
"Araz-Naxçıvan" və "Qarabağ"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib
-
FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq













