Türkiyə şirkəti Azərbaycanda "Şəms" GES üçün elektrik şəbəkələri ilə bağlı araşdırmalar aparacaq
Far.Az xəbər saytı

Türkiyə şirkəti Azərbaycanda "Şəms" GES üçün elektrik şəbəkələri ilə bağlı araşdırmalar aparacaq


Türkiyənin "EPRA Energy" mühəndislik şirkəti Azərbaycanda 50 MVt gücündə "Şəms" günəş elektrik stansiyasının (GES) inşası layihəsinin icrası çərçivəsində elektrik şəbəkələrinin kompleks şəkildə araşdırılmasına başlayacaq.

"Far.Az" şirkətə istinadən xəbər verir ki, Türkiyənin "Girişim Elektrik A.Ş." qrupu bu obyektdə ixtisaslaşdırılmış texniki araşdırmalar kompleksinin həyata keçirilməsi üçün "EPRA Energy" şirkətini podratçı olaraq müəyyən edib.

Müqavilənin şərtlərinə əsasən, nəzərdə tutulmuş iş və xidmətlərin siyahısına elektrik şəbəkəsinə qoşulma imkanlarının təhlili və enerji sisteminə təsirin qiymətləndirilməsi, elektrik enerjisinin keyfiyyətinin auditi, qüvvədə olan şəbəkə normativlərinə və məcəllələrinə uyğunluğun yoxlanılması daxildir.

Xatırladaq ki, oktyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Şahvəlli kəndində "Şəms" günəş elektrik stansiyasının təməlini qoyub. Obyekt 130 ha ərazidə yerləşəcək. Stansiyanın layihə gücü 50 MVt təşkil edir. Layihənin ümumi dəyəri 63 milyon manat qiymətləndirilir, bununla yanaşı illik elektrik enerjisi istehsalı 100 milyon kVt/saata çatacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Cəbrayılın Şahvəlli kəndində "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməlini qoyub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər