Yalçın Rəfiyev: Azərbaycan BMT-nin fəal və məsuliyyətli üzvü kimi öz rolundan qürur duyur
Far.Az xəbər saytı

Yalçın Rəfiyev: Azərbaycan BMT-nin fəal və məsuliyyətli üzvü kimi öz rolundan qürur duyur


Azərbaycan təşkilatı çoxtərəfli diplomatiyanın təməl daşlarından biri kimi dəyərləndirərək, BMT-nin fəal və məsuliyyətli üzvü kimi öz rolundan qürur duyur.

"Far.Az" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda BMT Günü münasibətilə keçirilən tədbirdə bildirib.

Nazir müavini davamlı səylərinə, səmərəli əməkdaşlığına, tərəfdaşlığın möhkəmləndirilməsinə və ümumi məqsədlərə nail olmağa dəyişməz sadiqliyinə görə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan BMT-nin qlobal gündəliyini izləməyə, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına, rəqəmsal innovasiyaların inkişafına, qadınların və gənclərin hüquq və imkanlarının genişləndirilməsinə töhfə verməyə, həmçinin minalardan təmizləmə də daxil olmaqla, humanitar fəaliyyətdə iştirak etməyə davam edir.

"Azərbaycan hər zaman belə bir inamdan çıxış edib ki, həqiqi tərəqqi dialoqa, tolerantlığa və insanlar arasında əlaqələrə əsaslanır. Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim üçün sadəcə xarici siyasət istiqaməti deyil, mədəniyyətimizdə dərin kök salmış həyat tərzidir. Məhz bu birlik və ümumi insani dəyərlər ruhunu biz bu axşam qeyd edirik", - Rəfiyev bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər