İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün oktyabrın sonunda Azərbaycana səfər edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Gürcüstanın Azərbaycandakı səfiri Giorgi Zakaraşvili bildirib.
Onun sözlərinə görə, iclas zamanı tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirmək niyyətindədirlər: "Biz çox şadıq ki, iclası təşkil etmək mümkün oldu. Biz Gürcüstanın Baş nazirini gözləyirik və strateji tərəfdaşlıq ruhunda irəliləməyimizə kömək edəcək ikitərəfli münasibətlərin bütün aktual məsələlərini müzakirə etməyə ümid edirik".
G.Zakaraşvili, həmçinin Azərbaycan və Gürcüstanın xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi perspektivlərini şərh edib.
O xatırladıb ki, hər iki ölkənin xarici işlər nazirləri Hökumətlərarası Komissiyanın tərkibinə daxildirlər və qarşıdan gələn iclas çərçivəsində aktual məsələləri müzakirə edə biləcəklər: "Ümid edirəm ki, onlar həm nazirlər səviyyəsində, həm də Xarici Işlər nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsinin daha konkret tarixlərini razılaşdıracaqlar".
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər













