ABŞ-nin dövlət borcu iki ay ərzində təxminən 400 milyard dollar artıb
Far.Az xəbər saytı

ABŞ-nin dövlət borcu iki ay ərzində təxminən 400 milyard dollar artıb


ABŞ-nin dövlət borcu 40 trilyon dollarlıq rekord həddə çatdıqdan sonra iki ay ərzində, demək olar, 400 milyard dollar artıb.

"Report" xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin məlumatları sübut edir.

Qurumun dərc etdiyi məlumata görə, hazırda Amerikanın suveren borcu, demək olar, 40,4 trilyon dollar təşkil edir. Bu o deməkdir ki, cari ilin 19 avqustunda 40 trilyon dollarlıq rekord həddə çatdığı andan etibarən borclanmanın həcmi 1 % artıb.

Amerikalı ekspertlərin proqnozlarına görə, növbəti onillik ərzində ABŞ-nin dövlət borcu ÜDM-in təxminən 120 %-nə qədər artacaq. Bu o deməkdir ki, federal hökumətin borcu bütün ABŞ iqtisadiyyatının illik istehsal həcmini üstələyəcək. Vaşinqton hər il dövlət borcu üzrə faizlərin ödənilməsinə təxminən 970 milyard dollar xərcləyir ki, bu da hərbi sahəyə xərclənəndən çoxdur. 2020-ci ildən bəri bu xərclərin həcmi üç dəfə artıb.

Piterson adına Dünya İqtisadiyyatı İnstitutunun qiymətləndirməsinə görə, dövlət xərclərində və ya vergi sahəsində islahatlar aparılmasa, ölkənin borcu altı ildən sonra 50 trilyon dollara çata bilər.

Oxşar xəbərlər

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər