Buzovnada 4 mərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Far.Az xəbər saytı

Buzovnada 4 mərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib


Buzovnada 4 mərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60kv.m. olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 9kv.m. sahədə yanıb. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub", - məlumatda qeyd edilib.

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
FHN Bakıda yaşayış binasında təlim keçirib
Goranboyda yaşayış binasında uçqun olub, 4 nəfər xəsarət alıb
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər