Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
Far.Az xəbər saytı

Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər


Albaniyanın Baş naziri Edi Rama etiraz aksiyalarında iştirak edən tələbə və müəllimləri dialoqa çağırıb.

"Report"un Balkan bürosu xəbər verir ki, Edi Rama hökumətin etirazçılarla danışıqlara hazır olduğunu bildirib.

Baş nazirin ofisinin qarşısına etirazçılarla görüşə hazır olduqlarını nümayiş etdirmək məqsədilə bir neçə stul qoyulub. Lakin tələbə və müəllimlər bu təklifi rədd edərək stulları kənara atıb və hökumət əleyhinə şüarlar səsləndirməyə davam ediblər.

Baş nazir etirazçıların reaksiyasına münasibət bildirərək "Dialoq. Bəs kiminlə?" sualını ünvanlayıb.

Qeyd edək ki, Tiranada tələbələrin etirazları artıq səkkiz gündür davam edir. Etirazçılar universitetlərdə təhsil şəraitinin yaxşılaşdırılmasını, ali təhsil xərclərinin azaldılmasını, tələbələrə daha çox maliyyə dəstəyinin göstərilməsini və məzun olduqdan sonra iş imkanlarının yaxşılaşdırılmasını tələb edirlər. Onlar həmçinin siyasi tələblər irəli sürərək, ilk növbədə, hökumətin istefasına çağırış edirlər.

Oxşar xəbərlər

"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər