Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət
Son vaxtlar Bakıda sərnişindaşımada yaranan problemlər bitib-tükənmir.
Bu problemlərdən biri də sərnişin avtobuslarının gecə saat 11-dən sonra işləməməsidir.
Vətəndaşların BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, avtobuslar gecə saat 00:00-dək işləməli olduqları halda, saat 23:00-dan sonra xətlərdə görünmürlər.
Belə şikayətlərdən biri də "28 May" metrostansiyasının yaxınlığında, Füzuli küçəsi 73 ünvanında yerləşən dayanacaqda avtobus gözləyən sərnişinlərdən daxil olub.
Şikayətçi İbrahim Aslanov BAKU.WS-ə bildirib ki, onlar saat 23:20-dən etibarən 88A nömrəli avtobusu gözləsələr də, avtobus gəlməyib.
Sərnişinlər belə halların xüsusilə gecə saatlarında ciddi çətinlik yaratdığını bildirirlər.
Xatırladaq ki, müntəzəm sərnişin daşımalarını həyata keçirən avtobusların iş vaxtı və hərəkət intervalı müvafiq marşrut üzrə təsdiq edilmiş hərəkət cədvəli ilə müəyyən edilir. Məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" ilə tənzimlənir. Qaydaların 4.7.5, 4.8 və 4.9-cu bəndlərinə əsasən, marşrut üzrə avtobusların hərəkətə başlama və işi başa çatdırma vaxtları, reyslər və onların yerinə yetirilmə vaxtları müvafiq sənədlərdə və hərəkət cədvəlində göstərilməlidir.
Bu səbəbdən 88A nömrəli avtobusun saat 23:20-də işləməməsinin qayda pozuntusu olub-olmadığını müəyyənləşdirmək üçün həmin marşrutun təsdiq edilmiş hərəkət cədvəli yoxlanılmalıdır.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! marşrutların hərəkət sxemi...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
-
UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura start verilir













