Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb
Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (92,94 Mbps) görə avqust ayına nisbətən 3 pillə geriləyərək 150 ölkə arasında 81-ci olub.
"Far.Az" "Speedtest Global Index"ə istinadən xəbər verir ki, ötən ay bir il əvvəlki göstərici (84,02 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 10,6 % artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (476,02 Mbps), axırıncı yeri isə Əfqanıstan (5,75 Mbps) tutub.
Azərbaycan mobil internetin sürətinə (98,92 Mbps) görə sentyabrda 100 ölkə arasında 47-ci yerdə qalıb.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (681,14 Mbps), sonuncu yeri isə Liviya (19,92 Mbps) tutub.
Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 194 şəhər arasında 92,5 Mbps sürətlə 114-cü yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (418,36 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Herat (4,43 Mbps) qərarlaşıb.
Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 7 pillə geriləyərək 122,03 Mbps sürətlə 151 şəhər arasında 85-ci yerdə qərarlaşıb.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (683,07 Mbps), sonuncu yeri Misrata (Liviya) (18,04 Mbps) tutub.
Oxşar xəbərlər
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 32 % artıb
Azərbaycan noyabrda mobil internetin orta sürətinə görə irəliləyib
Azərbaycan mobil internetin sürətinə görə iyunda 5 pillə irəliləyib
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 19 % artıb
Azərbaycan genişzolaqlı internetin sürətinə görə iyulda 3 pillə irəliləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər













