İntizam pozuntularına görə 2 vəkilə töhmət verilib və 4 vəkilə xəbərdarlıq edilib
İntizam pozuntularına görə 2 vəkilə töhmət verilib və 4 vəkilə xəbərdarlıq edilib.
Bu barədə "Far.Az"a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.
Sonra iclasın gündəliyinə uyğun olaraq, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlimi uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib. Yeni vəkillərə vəsiqələr təqdim olunub və onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulanıb.
Bundan əlavə, vəkillik fəaliyyəti ilə bağlı bir sıra hüquqi məsələlər və qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər müzakirə olunub. Müzakirələrin yekununda həmin təkliflərin aidiyyəti orqana göndərilməsi barədə qərar qəbul edilib.
İclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi, eləcə də müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunması ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Həmçinin Kollegiya sədrinin müavinlərinin regionlarda fəaliyyət göstərən vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin işinin yerində öyrənilməsi ilə bağlı məruzələri dinlənilib. Bildirilib ki, səfərlər çərçivəsində sədr müavinlərinin müəyyən etdiyi bir sıra pozuntular aşkarlanıb. Həmin pozuntuların qısa müddətdə aradan qaldırılması tapşırılıb, yerində öyrənilmə mexanizmlərinin isə gələcəkdə daha da təkmilləşdirilməsi qərara alınıb.
Daha sonra dövlət hesabına göstərilən hüquqi yardım üzrə ödənişlərin audit yoxlanılması məsələsinə, eləcə də dövlət hesabına göstərilən hüquqi yardım üzrə təqdim edilən qərarlarda aşkar edilən nöqsanlara dair təqdimata baxılaraq, müvafiq qərarlar qəbul olunub.
İclasda VK Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun müdiri Ramiz İbrahimovun Kollegiyanın Ağsaqqallar Şurasının sədri vəzifəsinə təyin olunması barədə qərar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 2 vəkilə töhmət verilib və 4 vəkilə xəbərdarlıq edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər













