"Qərbi Azərbaycanın yaddaş yerləri": Soydaşlarımızın yaşadığı "Amasiya" necə erməniləşdirildi?
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda təhqir edilmiş məzar daşları olan azərbaycanlı qəbiristanlığının qaldığı Amasiya Azərbaycan kəndinin tarixi haqqında araşdırma dərc olunub.
"Far.Az" xəbər verir ki, bu barədə məqalə "Perished civilization"da yayımlanıb.
Qeyd olunub ki, çar dövründə kəndin adı "Amasiya", sovet dövründə isə "Qukasyan" "Amasiya" kimi yazılıb.
Çar və sovet mənbələrində kənd Amasiya adı ilə qeyd edilib. 1951-ci ildə kəndin adı Qukasyan olaraq dəyişdirilib, 1956-cı ildə isə kəndə əvvəlki adını qaytarıblar.
1995-ci ildən kənd Ermənistan Respublikasının Şirak vilayətinin tərkibindədir.
1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsi ərəfəsində kəndin ərazisi Osmanlı imperiyasının Qars sancağının tərkibində olub. Müharibənin nəticələrinə əsasən, Osmanlı İmperiyasının Qarsı, Ərdəhanı və Batumu (indiki Batumini) Rusiyaya güzəştə getməyə məcbur olduğu Berlin müqaviləsi bağlanıb. Çar Rusiyası dövründə kənd Qars vilayətinin Qars dairəsinə aid olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. Ayrı-ayrı mənbələrdə onlar qarapapaqlar (azərbaycanlıların etnoqrafik qrupu) kimi göstəriliblər.
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
"1886-cı ildə kənddə hamısı qarapapaqlar olmaqla 274 nəfər yaşayıb".
Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
"1897-ci ildə kənddə 406 nəfər yaşayıb, onlardan 378 nəfəri azərbaycanlıların əcdadları olub".
Qars vilayətinin 1906-cı ilə olan yaddaş kitabçası və ünvan-təqvimi:
"1905-ci ildə kənddə hamısı qarapapaqlar olmaqla 372 nəfər yaşayıb".
Qars vilayətinin 1908-ci ilə olan yaddaş kitabçası və ünvan-təqvimi:
"1907-ci ildə kənddə hamısı qarapapaqlar olmaqla 502 nəfər yaşayıb".
1912-ci ilə olan Qafqaz təqvimi:
"1911-ci ildə kənddə 528 nəfər, əsasən, qarapapaqlar yaşayıblar".
Qars vilayətinin 1914-cü ilə olan yaddaş kitabçası və ünvan-təqvimi:
"1913-cü ildə kənddə hamısı qarapapaqlar olmaqla 555 nəfər yaşayıb".
1915-ci ilə olan Qafqaz təqvimi:
"1914-cü ildə kənddə 564 nəfər, əsasən, qarapapaqlar yaşayıblar".
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1919-1920-ci illərdə erməni hərbi dəstələri və Birinci Ermənistan Respublikasının qoşunları Rusiya işğalına qədər Osmanlı imperiyasına məxsus olmuş Qars vilayətində müsəlmanlara qarşı etnik təmizləmə keçiriblər. Etnik təmizləmə İrəvan quberniyasında da, o cümlədən Zəngəzur, Qarabağ və Naxçıvanda baş verib.
Amasiya sakinlərinin etnik təmizləməyə məruz qaldıqlarını kənddə türk sakinlərin sayının kəskin azalması təsdiq edir. Bu, əvvəlki illərin məlumatlarını 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınmasının nəticələri ilə müqayisə etdikdə görünür.
Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
"1922-ci ildə kənddə 167 nəfər yaşayıb, onlardan 161 nəfəri azərbaycanlı olub".
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bir tərəfdə Ermənistan SSR, Azərbaycan SSR və Gürcüstan SSR, digər tərəfdə Türkiyə olmaqla bağlanmış 1921-ci il Qars müqaviləsinə əsasən, kənd Sovet Ermənistanının tərkibinə daxil olub.
Sonrakı illərdə Amasiyada erməni əhalinin sayı nəzərəçarpacaq dərəcədə artmağa başlayıb.
1930-cu ildən kənd Ağbaba rayonunun inzibati mərkəzi olub, rayon sonradan Amasiya adlandırılıb.
Sovet və erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarınadək kəndin ərazisində azərbaycanlılar yaşayıblar.
Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
"1926-cı ildə kənddə 357 nəfər yaşayıb, onlardan 199 nəfəri azərbaycanlı olub".
"1931-ci ildə kənddə 645 nəfər yaşayıb, onlardan 237 nəfəri azərbaycanlı olub".
Əhalinin 1939-cu il Ümumittifaq siyahıyaalınması. SSRİ-nin müttəfiq respublikalarının rayon, şəhər və iri kənd əhalisinin milli tərkibi:
"1939-cu ildə kənddə 1031 nəfər yaşayıb, onlardan 424 nəfəri azərbaycanlı olub".
Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi:
"1959-cu ildə kənddə 1527 nəfər, əsasən, ermənilər yaşayıblar".
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:
"1970-ci ildə kənddə 2773 nəfər yaşayıb".
"1980-ci ildə kənddə 3175 nəfər yaşayıb".
"1989-cu ildə kənddə 2554 nəfər yaşayıb".
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə qəbirüstü abidələrin əhəmiyyətli bir hissəsinin təhqir edildiyi azərbaycanlı qəbiristanlığı aşkar edilib: onların bir çoxu qəsdən dağıdılıb, üzərindəki yazılar və təsvirlər isə pozulub.
Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanıb və sistemləşdirilib. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalıb.
Oxşar xəbərlər
Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Qərbi Azərbaycanın yaddaş yerləri: Amasiya kəndinin tarixi və arxiv faktları
"Qərbi Azərbaycanın yaddaş yerləri": Ermənistanın özününküləşdirdiyi Güllübulaq kəndində Azərbaycan qəbiristanlığı
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
-
Kürdəmirdə iki yük maşınının iştirakı ilə ağır qəza olub, bir nəfər ölüb













