1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var
Far.Az xəbər saytı

1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var


Pirallahı rayonunda polis iki ayrı oğurluq faktı üzrə əməliyyat tədbirləri həyata keçirib.

BAKU.WS-in məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, şəxslərdən biri anbar kimi istifadə edilən tikilidən soyuducu və kondisioner mühərrikləri, alüminium qapı-pəncərə çərçivələri və plastik borular olmaqla, ümumilikdə 9210 manat dəyərində əmlakı talayıb.

Oğurladığı əşyaları satdığı müəyyən edilən əvvəllər də məhkum olunmuş Rövşən Xəlilov polis tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Digər fakt üzrə isə rayon ərazisində yerləşən marketlərdən birindən 1200 manat dəyərində spirtli içkilər oğurlayan, əvvəllər məhkum olunmuş Amid Səlimov polis tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Abşeronda yerləşən kafelərdən birində saxta spirtli içkilər aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər