Abşeronda yerləşən kafelərdən birində saxta spirtli içkilər aşkarlanıb
Abşeron rayonu, Xırdalan şəhəri, N.Gəncəvi küçəsində fəaliyyət göstərən fiziki şəxs Elnur Fərman oğlu Əsədova məxsus "Dostluq" kafesində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Far.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı ictimai iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər müəyyən edilib. Belə ki, "Premium Organic", "Organic Ultra", "Caspian Beluga" əmtəə nişanlı spirtli içkilərin müvafiq müşayiətedici sənədlərinin, eyni zamanda, etiket məlumatlarında qeyd edilən vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin mövcud olmadığı aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və toxunulmazlıq aktı tərtib edilərək içkilərin satışı dayandırılıb, kafenin fəaliyyəti məhdudlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Bakıda ictimai iaşə obyektində YOXLAMA - Bu nöqsanlar aşkarlandı
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?













