ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
Far.Az xəbər saytı

ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb


ABŞ-ın İrana qarşı hərbi əməliyyatına çəkdiyi xərclər oktyabrın 16-na olan məlumata görə, 47,1 milyard dollara çatıb. Bu, Pentaqonun əvvəlki qiymətləndirməsindən 3,5 milyard dollar çoxdur.

"Report" xəbər verir ki, bu barədə "Punchbowl News" nəşrinin müxbiri Brianna Rayli ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) Konqresə təqdim etdiyi məlumatlara istinadən "X" sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyi xərclərlə bağlı əvvəlki qiymətləndirməni sentyabrın əvvəlində qanunvericilərə təqdim edib.

Xərclərin təxminən 29 milyard dolları döyüş əməliyyatları zamanı istifadə olunan sursat ehtiyatlarının bərpasına, 11,9 milyard dolları əməliyyat xərclərinə, 6,1 milyard dolları isə itirilmiş hərbi texnika və avadanlıqların əvəzlənməsinə sərf olunub.

Bununla yanaşı, münaqişə zamanı regionda zədələnmiş ABŞ hərbi obyektlərinin bərpasına çəkiləcək xərclər ümumi məbləğə daxil edilməyib.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Məşhur aktyor bu serialda çəkiləcək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər