Kim Çen In ordu bölmələrini müharibəyə tam hazır olmağa çağırıb
Far.Az xəbər saytı

Kim Çen In ordu bölmələrini müharibəyə tam hazır olmağa çağırıb


Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun (KXO) bölük komandirlərini fasiləsiz və intensiv təlimlər keçirməklə tabeliklərindəki bölmələrin müharibəyə tam hazırlığını təmin etməyə çağırıb.

"Far.Az" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) KXO bölük komandirlərinin III müşavirəsinin iştirakçıları ilə görüşdə Kim Çen Inın çıxışına istinadən məlumat yayıb.

"Bölük komandirlərinin əsas inqilabi vəzifəsi bölmələrin tam döyüş hazırlığını təmin etməkdir. Bu vəzifənin yerinə yetirilməsinin başlıca yolu fasiləsiz və intensiv təlimlərdir", – deyə o vurğulayıb.

Kim Çen Inın sözlərinə görə, komandirlər yüksək döyüş qabiliyyəti, möhkəm inqilabi əqidəsi və vətənpərvərlik ruhu ilə seçilən bölmələr formalaşdırmalıdırlar.

Şimali Koreya lideri qeyd edib ki, bu işin nəticələri komandirlərin peşəkarlığının və təşkilatçılıq qabiliyyətinin əsas göstəricisi olacaq.

Oxşar xəbərlər

FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər