CNN Brasil: Bolsonaru ailəsi ilə birlikdə Braziliyadan qaçaraq ABŞ-yə gedib – Yenilənib
Far.Az xəbər saytı

CNN Brasil: Bolsonaru ailəsi ilə birlikdə Braziliyadan qaçaraq ABŞ-yə gedib – Yenilənib


Braziliyada prezident seçkilərində məğlub olan senator Flavio Bolsonaro məhkəmə qadağasına baxmayaraq, həyat yoldaşı və qızları ilə birlikdə ölkəni tərk edərək ABŞ-yə gedib.

"Far.Az" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı məlumat yayıb. Telekanalın mənbələri siyasətçinin ABŞ-yə gəldiyini təsdiqləyib.

Qeyd olunub ki, Flavio Bolsonaro atası, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun yolunu davam etdirib. Belə ki, atası da 2022-ci ildə keçirilən prezident seçkilərində Luis İnasio Lula da Silvaya məğlub olduqdan sonra ABŞ-yə getmişdi.

Bundan əvvəl Braziliya Federal Ali Məhkəməsinin hakimi Aleşandri di Morais senatora adi və diplomatik pasportlarını polisə təhvil verməyi tapşırıb, həmçinin çirkli pulların yuyulması ilə bağlı cinayət işi üzrə istintaq çərçivəsində onun ölkədən çıxmasına qadağa qoyub.

Daha əvvəl "Folha de S.Paulo" qəzeti Bolsonaronun gizli şəkildə Argentina sərhədini keçərək oradan şəxsi təyyarə ilə ABŞ-yə uçmuş ola biləcəyini yazıb.

Bununla belə, Braziliya və Argentina miqrasiya xidmətləri onun sərhədi rəsmi qaydada keçməsini qeydə almayıb.

Braziliyada prezident seçkilərində məğlub olan senator Flavio Bolsonaru məhkəmənin qadağasına baxmayaraq ölkəni tərk edib.

"Far.Az" "CNN Brasil"ə istinadən xəbər verir ki, bu barədə siyasətçinin ətrafındakı mənbələr məlumat veriblər.

Telekanalın məlumatına görə, Braziliyanın sabiq prezidenti Jair Bolsonarunun oğlu ailəsi ilə birlikdə ABŞ-yə yollanıb.

Bildirilib ki, senator ölkəni tərk etdiyi vaxt onun barəsində ölkədən çıxışa məhkəmə qadağası qüvvədə olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər