Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Far.Az xəbər saytı

Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ


Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir.

Far.Az xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.

Məlumata görə, oktyabrın 28-dən etibarən Yer kürəsinin növbəti tac dəliyinin təsir zonasına daxil olacağı proqnozlaşdırılır. Bunun nəticəsində cümə axşamı və cümə günləri geomaqnit təlatümlərinin müşahidə olunacağı gözlənilir.

Bununla belə, mütəxəssislər maqnit qasırğasının baş vermə ehtimalını hələlik aşağı qiymətləndirirlər. Hesablamalara əsasən, Günəş küləyinin sürəti saniyədə 600 kilometrə qədər yüksələ bilər ki, bu da normadan təxminən 50 faiz çoxdur. Lakin bu göstəricinin güclü maqnit qasırğasının yaranması üçün kifayət etməyəcəyi bildirilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər