Migel Anxel Moratinos: "Dinlər bu gün planetimizdə yaşayan 8 milyard insanın qayğısına qalır"
"Dinlər bu gün planetimizdə yaşayan 8 milyard insanın qayğısına qalır".
Far.Az xəbər verir ki, BMT Baş katibinin müavini və BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
BMT rəsmisi qeyd edib ki, dini liderlərin əsas vəzifəsi xalqları birləşdirmək, fərqli dinlər arasındakı ortaq cəhətləri üzə çıxarmaq və kollektiv səylərlə sülhə töhfə verməkdir:
"Dinlərin əsl mahiyyəti sevgi, harmoniya, mərhəmət, dostluq və həmrəylik üzərində qurulub. Lakin təəssüf ki, bəzən terror və ya müharibə törətmək istəyənlər dini dəyərlərdən və terminlərdən sui-istifadə edirlər."
Moratinos din xadimlərinin və cəmiyyətin qarşısında duran əsas məsuliyyətə toxunaraq bildirib ki, fərqli dinlərin nümayəndələri birgə addımlamalı, münaqişələrin həllində və sülhün təşviqində fəal iştirak etməlidirlər.
Çıxışın sonunda müasir dövrün çağırışlarına da toxunulan məruzədə qeyd olunub ki, süni intellekt və yeni texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə dinlərin və mənəvi dəyərlərin rolu həm də bu yeniliklərə düzgün insani və etik istiqamət verməkdir.
Banu Hüseynli
Oxşar xəbərlər
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-3
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-2
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













