Vəzifəli şəxslərə kənar fəaliyyətləri ilə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
Vəzifəli şəxslərə kənar fəaliyyətləri ilə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq.
"Far.Az" xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsində öz əksini tapıb.
Sənəddə bildirilib ki, vəzifəli şəxs özünün və digər şəxslərin şəxsi marağı olan məsələlərlə bağlı, o cümlədən hər hansı formada gəlir əldə etdiyi fiziki və ya hüquqi şəxslərlə əlaqədar münasibətlərdə qurumu nümayəndə qismində təmsil edə bilməz.
Həmçinin, vəzifəli şəxs qulluq etdiyi dövr ərzində qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməz.
Layihəyə əsasən, vəzifəli şəxs vəzifədən azad edildikdən və ya səlahiyyətlərinə xitam verildikdən sonra 2 (iki) il müddətində işlədiyi qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməyəcək.
Bununla bərabər, sənədə görə, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, səlahiyyətli subyektlərin rəyi olmadan vəzifəli şəxs əsas və əlavə iş yerində əlavə vəzifə tuta (o cümlədən əvəçilik və ya müvəqqəti əvəzetmə üzrə), kənar fəaliyyətlə məşğul ola bilməz.
Vəzifəli şəxs o halda əlavə vəzifə (o cümlədən əvəçilik və ya müvəqqəti əvəzetmə üzrə) tuta və ya kənar fəaliyyətlə məşğul ola bilər ki, əlavə vəzifənin (o cümlədən əvəçilik və ya müvəqqəti əvəzetmə üzrə) və ya kənar fəaliyyətin icrası əsas vəzifənin icrası ilə maraqlar toqquşması yaratmasın və əsas vəzifənin effektiv icrasına mane olmasın.
İş vaxtından kənar vaxtlarda göstərilən və xidməti vəzifələrin icrası ilə əlaqədar olmayan fəaliyyət maddi və sair nemət, imtiyaz və ya güzəşt əldə etməyə yönəlmədiyi halda kənar fəaliyyət hesab edilmir. Vəzifəli şəxs elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq məşğul ola bilər.
Oxşar xəbərlər
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













