ASA rəsmisi: "Sığorta şirkətləri investisiya portfellərinin yalnız 2-3%-ni riskli alətlərə ayıra bilər"
Azərbaycan sığortaçıları investisiya portfellərinin cəmi 2-3 %-ni riskli alətlərə yönəldə bilər.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərli "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" Konfransında bildirib.
Onun fikrincə, girovla təmin olunsa belə, ipoteka kredit portfelinə əsaslanan istiqrazlar mövcuddur.
"Həmin kredit portfelindən əldə edilən gəlir həm kupon ödənişlərinin, həm də əsas borcun geri qaytarılmasının maliyyə mənbəyi funksiyasını yerinə yetirir. Hesab edirəm ki, ümumilikdə sığorta sektorunda investisiya alətləri qlobal miqyasda olduqca konservativ xarakter daşıyır.
Sığorta şirkətləri hər bir riski digər investorlara nisbətən daha ətraflı təhlil edirlər. Sığortaçıların bu tip portfellərə aktiv şəkildə vəsait yatıracağına inanmıram. Hətta investisiya etsələr belə, portfellərinin çox cüzi bir hissəsini, təxminən 2-3 %-ni belə alətlərə sərf edərlər. Bundan yuxarı riskə getmək istəməzlər. Çünki arxada girov dayanmasına baxmayaraq, mahiyyət etibarilə kredit portfelindən söhbət gedir. Bir zamanlar ABŞ-da yaşanan maliyyə böhranı da məhz bu növ qiymətli kağızlarla əlaqəli risklərdən törənmişdi. Buna görə də düzünü desəm, sığorta şirkətlərinin bu cür alətlərə maraq göstərəcəyinə inanmıram", - A. Miskərli hesab edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!













