Azərbaycanda vəzifəli şəxsin iş adamı olan oğlu həbs edildi
Far.Az xəbər saytı

Azərbaycanda vəzifəli şəxsin iş adamı olan oğlu həbs edildi


Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir.

Far.Az APA-ya istinadən xəbər verir ki, gübrə satışı ilə məşğul olan sahibkar Ramazan Valeh oğlu Əmrah aldığı məhsulların pulunu ödəməməkdə, dələduzluqda ittiham olunur.

İttihama görə, zərərçəkmişlərə 924 901 manat ziyan dəyib.

Ona qarşı qarşı Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Zərərşəkənlərin şikayətindən sonra Ramazan Əmrah həbs edilib. İstintaq zamanı dəymiş ziyandan 144 min manat ödənilib.

Zərərçəkmiş şəxs qismində 3 nəfər və "Sara Qrup" QSC tanınıb.

O da bildirilir ki, təqsirləndirilən Ramazan Əmrah Zaqatala Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Valeh Qazilovun oğludur.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər