Səbinə Hacıyeva: Azərbaycan əsrlər boyu dini ənənələrin və mədəniyyətlərin qovuşduğu məkan olub
Far.Az xəbər saytı

Səbinə Hacıyeva: Azərbaycan əsrlər boyu dini ənənələrin və mədəniyyətlərin qovuşduğu məkan olub


Azərbaycan əsrlər boyu müxtəlif dini ənənələrin və mədəniyyətlərin qovuşduğu məkan olub.

"Far.Az"un məlumatına görə, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan "Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi" adlı sessiyada bildirib.

Onun fikrincə, Azərbaycandakı memarlıq və dini abidələr bu həqiqəti aydın şəkildə nümayiş etdirir:

"Azərbaycanda bir-birinə yaxın məsafədə kilsə, sinoqoq və məscidləri müşahidə etmək mümkündür. Bu da qeyd etdiyimiz faktın real əsaslara söykəndiyini göstərir".

Səbinə Hacıyeva qeyd edib ki, ölkədə 144 muzey fəaliyyət göstərir və onların hər biri maraqlı eksponatlarla zəngindir:

"Qarabağ və Şərqi Zəngəzur bölgələri işğaldan xilas edildikdən sonra dini və tarixi abidələrin hər birinin bərpası həyata keçirilməkdədir. Bu da Azərbaycanın maddi və qeyri-maddi mədəni irsin mühafizəsinə son dərəcə həssas münasibət bəslədiyini sübut edir".

Xidmət rəisi əlavə edib ki, Azərbaycan milli və beynəlxalq ictimaiyyətin tanıdığı abidələrin, mədəniyyət yerlərinin və ənənələrin qorunmasına sadiqdir:

"Beynəlxalq əməkdaşlıq sayəsində Azərbaycan gələcək nəsillər üçün mədəni irsin qorunub saxlanılmasını və mədəniyyətlərarası dialoqun təşviq edilməsini təmin edir".

Oxşar xəbərlər

Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-3
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər