Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi"
"Azərbaycan Şahmat Turu" çərçivəsində keçirilən "Shirvan Open 2026" beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli üçün son tur çox çətin keçib.
Şahmatçı bunu "Far.Az"a açıqlamasında deyib.
O, indiyə qədər ən yaxşı nəticəni "Sheki Open 2026"da göstərdiyini bildirib:
"2025-ci ildə olduğu kimi, bu il də yarışların əksəriyyətində iştirak etdim. İndiyə qədər əldə etdiyim ən yaxşı nəticə bu il keçirilən "Sheki Open 2026" beynəlxalq şahmat turnirində 2-ci yerə çıxmaq olmuşdu. Ondan sonra qatıldığım turnirlərdə nisbətən zəif çıxış etmişdim. Bəzi uğursuzluqlara baxmayaraq, "Shirvan Open 2026" turnirində yenidən iştirak etmək qərarına gəldim. İştirakçı sayı ötən illə müqayisədə azalsa da, şahmatçılar kifayət qədər güclü idilər. 9 turdan ibarət turniri məğlubiyyətsiz başa vuraraq 6 qələbə və 3 heç-heçə ilə 7,5 xal topladım".
M.İbrahimli çətin keçən oyunlar barədə danışıb:
"Ən çətin görüşlərim III turda rusiyalı Oksana Qoryaçkina, V turda Azərbaycanın beynəlxalq qrossmeysteri Namiq Quliyev və son turda Məhəmməd Bağırova qarşı oldu. Namiq Quliyevlə oyun 5 saatdan çox çəkdi. Sonda qalib gəldim və liderliyi ələ keçirdim. Son tur xüsusilə çətin alındı. Lider idim, amma Namiq Quliyev və hindistanlı beynəlxalq qrossmeyster Visah məndən yarım xal geridə idilər. Son oyunda qara fiqurlarla mənə mütləq qələbə lazım idi. Rəqibim bir çox çətinliklər yaratdı və vaxt azlığına görə böyük problemlərlə üzləşdim. Buna baxmayaraq, sona kimi dəqiq müdafiə olundum və daha təcrübəli olmağım oyunun taleyini həll etdi. Qeyd etdiyim hər iki rəqib də son oyunlarında qələbə qazandılar. Mən isə qələbə qazanmaqla 1-ci yeri təmin etmiş oldum".
Qeyd edək ki, "Shirvan Open 2026"da Murad İbrahimli 7,5 xalla birinci, 7 xal toplayan Namiq Quliyev və hindistanlı Visah müvafiq olaraq 2 və 3-cü yerləri tutublar. Turnirdə 6 ölkədən 150-yə yaxın şahmatçı iştirak edib.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













