Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən dörd saat sonra sağ olduğu aşkarlansa da, gecikmiş tibbi müdaxilə onun sağlamlığına ciddi və qalıcı zərər vurub.
BAKU.WS xəbər verir ki, hadisə fevralın 8-də baş verib. Ailəsinin evindəki hovuzda huşunu itirən Vinsent adlı uşaq xəstəxanaya çatdırılıb.
Mercy Gilbert Tibb Mərkəzində çalışan həkim Arian Tusi tibb bacısının körpənin nəbzinin olduğunu bildirməsinə baxmayaraq, vəziyyəti yoxlamaqdan imtina edib. Həkim qan qazı analizinin nəticələrini əsas gətirərək uşağı ölü elan edib.
Polis əməkdaşı da körpənin nəfəs aldığını eşitdiyini bildirərək xəbərdarlıq edib. Buna baxmayaraq, uşaq axşam saatlarında xəstəxananın morquna aparılıb.
Təxminən dörd saat sonra morqda yoxlama aparan məhkəmə-tibbi ekspert körpənin nəfəs aldığını və sağ olduğunu müəyyən edib. Daha sonra uşaq Feniks şəhərindəki başqa bir xəstəxanaya köçürülərək müalicəyə alınıb.
Lakin oksigensiz və tibbi müdaxiləsiz keçən saatlar körpənin sağlamlığına ciddi zərər vurub. Hadisədən səkkiz ay sonra iki yaşına çatan Vinsent yeriyə, danışa və müstəqil şəkildə otura bilmir. O, qidasını yalnız xüsusi boru vasitəsilə qəbul edir.
Baş verənlərdən sonra uşağın ailəsi səhlənkarlıq iddiası ilə xəstəxanaya və məsul əməkdaşlara qarşı hüquqi proses başladıb.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













