Reza Deqati Parisdəki iğtişaşlarda xəsarət alıb
Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə fotojurnalist məlumat verib.
"Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə Reza Deqati bildirib.
İndiyədək belə miqyasda iğtişaşın şahidi olmadığını diqqətə çatdıran R.Deqati əlavə edib:
"Məşhur brend mağazaları da talan olundu. İdman geyimləri və ləvazimatları satılan mağazada demək olar heç nə qalmamışdı. Ətrafdakı digər obyektlərə də ziyan vurulmuşdu. Fransa cəmiyyəti hökumətdən bu halların qarşısının alınmasını tələb edir. İnsanlar hadisələrdə iştirak edən şəxslərin müəyyənləşdirilməsini və qanun qarşısında cavab verməsini istəyirlər. İğtişaşlarda iştirak edənlərin bir qisminin 18 yaşına çatmadığı bildirilirdi. Bu səbəbdən yetkinlik yaşına çatmayan şəxslərin məsuliyyəti məsələsi də müzakirə olunur. Eyni zamanda, dağıntılar nəticəsində dəymiş ziyanın hesablanması və onun təqsiri olan şəxslərə ödətdirilməsi ilə bağlı tədbirlərin görülməsi də gündəmdədir".
Oxşar xəbərlər
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Lüks brend mağazalarını talan edib, küçələrdə satırlar
"McDonald"s Azərbaycan" ölkə üzrə şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
"Yüksələn işıq": REZA-nın fotosərgisi Heydər Əliyev Beynəlxalq Aeroportunda təqdim olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
-
Qubada qaydaları pozan qazilər həbs edildilər
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













