Koşta: Aİ Ukraynanın maliyyə ehtiyaclarının əsas hissəsini qarşılamağa hazırdır
Far.Az xəbər saytı

Koşta: Aİ Ukraynanın maliyyə ehtiyaclarının əsas hissəsini qarşılamağa hazırdır


Avropa İttifaqı (Aİ) Ukraynanın 2027-ci il üçün 70 milyard avro (təxminən 47 milyard avro - red.) olaraq qiymətləndirilən əlavə maliyyə ehtiyaclarının təxminən üçdə ikisini qarşılamağa hazırdır.

"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta "Rapporteur"a müsahibəsində bildirib.

"Adətən biz Ukraynanın maliyyə ehtiyaclarının üçdə ikisini qarşılayırıq", - o qeyd edib.

A.Koştanın sözlərinə görə, Avropa İttifaqı Şurasının son iclasında liderlər Kiyevin əlavə ehtiyaclarının qarşılanmasını təmin etmək barədə razılığa gəlib və Avropa Komissiyasına konkret təkliflər təqdim etməyi tapşırıblar.

O, bu məsələ ilə bağlı qərarın noyabrda qəbul ediləcəyinə ümidvar olduğunu bildirib.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, 2027-ci ildə ölkəyə Aİ-nin 2026–2027-ci illər üçün ümumi məbləği 90 milyard avro olan krediti çərçivəsində artıq nəzərdə tutulmuş 45 milyard avrodan əlavə, daha 70 milyard avro lazım olacaq.

Oxşar xəbərlər

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər