ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib
Far.Az xəbər saytı

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib


ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat və xüsusi avadanlıq təhvil verib.

"Far.Az" xəbər verir ki, bu barədə Ermənistan mediası ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb.

Təhvil-təslim ABŞ Dövlət Departamentinin ixrac nəzarəti və sərhəd təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində həyata keçirilib.

Qeyd olunub ki, texnika və avadanlıq Ermənistanın Sərhəd Xidmətinin modernləşdirilməsinə, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə, eləcə də insanların və malların təhlükəsiz hərəkətinin yaxşılaşdırılmasına kömək etməlidir. Bu dəstək ABŞ-nin Ermənistanın sərhədlərinin idarə olunması potensialının gücləndirilməsinə və regional qarşılıqlı əlaqələrin, o cümlədən "Tramp marşrutu" çərçivəsində təşviqinə sadiqliyini əks etdirir.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər hava zərbələrinə məruz qalıb
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər