Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
Far.Az xəbər saytı

Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var


Yəmənin husi üsyançıları tərəfindən atılan mərminin Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərinin yaşayış məntəqəsinə düşməsi nəticəsində altı nəfər yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Saudi Press Agency" (SPA) Mülki Müdafiə İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

"Husi terror qruplaşması tərəfindən atılan düşmən mərmisinin yaşayış məntəqəsinə dəyməsi nəticəsində altı nəfər yaralanıb, üç evə və üç avtomobilə ziyan dəyib", - məlumatda deyilir.

Agentliyin müsahibi mülki obyektləri hədəfə almaq cəhdlərinin beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması olduğunu vurğulayıb.

Oxşar xəbərlər

Mehmet Balçik: "Meysari Grand Hotel & SPA" kompleksi regionun ən böyük hotellərindən biridir
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər