10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"
Abşeron rayonunun Xırdalan şəhərində 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz edib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. "Akula Akif" ləqəbi ilə tanınan Akif Məmmədov (soyad şərtidir - red.) yaşadığı küçədə dəmir yığmaqla məşğul olub. O, bir müddət əvvəl tanıdığı qonşusu, 2016-cı il təvəllüdlü oğlana partlayıcı protexniki vasitə verəcəyini bildirib və bu adla uşağı evə apararaq, qapını açarla bağlayıb. Akif əvvəlcə azyaşlıya qarşı seksual xarakterli hərəkətlər, daha sonra təcavüz edib.
Həmin vaxt uşağın anasının oğlunu axtarmasından xəbər tutan Akif onu evdən buraxıb. Azyaşlının valideynləri hadisə ilə bağlı polisə məlumat veriblər. A.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqı zamanı Akif öncə hadisəni boynuna almasa da, sonradan içkili vəziyyətdə olduğunu bildirərək hadisəni etiraf edib: "Cinlərlə savaşırdım, onlar mənim gözümə görünür, mənimlə danışır və narahat edirlər. Özüm dinlə məşğul oluram. Cinlərlə 2017-ci ildən danışıram.
Bu söhbət indi də davam edir və məni çox narahat edir. İçki içib-içməməyimdən asılı olmayaraq, onlar gözümə görünür. Mənə deyirdilər ki, iç, düzələcəksən, amma heç bir xeyri olmadı. Hadisə günü də spirtli içki qəbul etmişdim. Sərxoş olduğum üçün heç nəyi xatırlamıram, cinlər məni yoldan çıxardı".
Məhkəmənin hökmü ilə Akif Məmmədov 17 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
Bu ilin ilk rübündə Qəbələdə 1381 uşağa reabilitasiya xidmətləri göstərilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
-
Qubada qaydaları pozan qazilər həbs edildilər
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













