Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
Far.Az xəbər saytı

Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək


Bakıda oktyabrın 22–25-də idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək.

"Far.Az" xəbər verir ki, yarış Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Climb Baku" İdman Dırmanma Mərkəzində təşkil olunacaq.

Çempionatda 16 yaş və daha yuxarı yaş qrupundan olan idmançılar çətinlik və bouldering növləri üzrə mübarizə aparacaqlar.

Yarışın proqramına əsasən, oktyabrın 22-də çətinlik növü üzrə təsnifat, oktyabrın 23-də isə final mərhələsi keçiriləcək. Oktyabrın 24-də bouldering növü üzrə təsnifat, 25-də isə final yarışları təşkil olunacaq.

Çempionatın keçirilməsində məqsəd Azərbaycanda idman dırmanmasının inkişafına töhfə vermək, idmançılar arasında rəqabəti gücləndirmək, onların peşəkar hazırlıq səviyyəsini yüksəltmək, milli komandanın formalaşdırılması üçün perspektivli idmançıları müəyyənləşdirmək və bu idman növünə marağı artırmaqdır.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib
Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər