Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak edib
Bu gün Azərbaycan nümayəndə heyəti Aşqabadda keçirilən "Türkmənistanın Neft və Qazı – 2026" (OGT-2026) adlı beynəlxalq konfrans və sərgidə iştirak edib.
Bu barədə "Report"a Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, müxtəlif ölkələrdən dövlət rəsmilərinin, beynəlxalq enerji şirkətlərinin nümayəndələrinin və ekspertlərin qatıldığı tədbirdə Azərbaycan energetika nazirinin müavini Kamal Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, eləcə də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Baku Steel Company" şirkətlərinin nümayəndələri ölkəmizi təmsil ediblər.
Konfrans çərçivəsində nazir müavini K.Abbasov çıxış edərək enerji sahəsində əməkdaşlığın aktual məsələlərinə toxunub.
Eyni zamanda, Azərbaycan nümayəndə heyəti sərgi ilə tanış olub, həmçinin "OGT-2026" beynəlxalq konfransında baş sponsor kimi çıxış edən SOCAR-ın stendini ziyarət edib.
Oxşar xəbərlər
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Türkmənistanda Azərbaycanın Zəfər Günü qeyd edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər













