Rusiyada hava limanında 31 kiloqram radioaktiv göbələk aşkarlandı
Rusiyanın Domodedovo hava limanında Özbəkistana uçmağa hazırlaşan 32 yaşlı əcnəbinin yükündən 31 kiloqram radioaktiv ağ göbələk aşkarlanıb.
Far.Az Rusiya Federal Gömrük Xidmətinin (FTS) məlumatına istinadən xəbər verir ki, gömrük əməkdaşları sərnişinin baqaja təhvil verdiyi qutunu yoxlayarkən radioaktiv və parçalanan materialları aşkar edən "Yantar" stasionar sisteminin siqnalı işə düşüb.
Yoxlama zamanı qutudakı qurudulmuş göbələklərin təbii radiasiya fonunun normadan 10 dəfədən çox yüksək olduğu müəyyən edilib.
Məlumata görə, Rospotrebnadzor göbələkləri basdırılmalı olan radioaktiv tullantı kimi təsnif edib. Təhlükəli məhsulu istehsal edən şirkətə müvafiq göstəriş verilib, məhsulun satışının dayandırıldığı bildirilib.
Oxşar xəbərlər
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı
FHN Bakıda təlim keçirdi, nöqsanlar aşkarlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər?
-
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi
-
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram
-
Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır













