Kros qaçışı üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
Far.Az xəbər saytı

Kros qaçışı üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub


Gənclər və İdman Nazirliyi Azərbaycan Atletika Federasiyası (AAF) ilə birgə kros qaçışı üzrə payız ölkə çempionatı keçirib.

"Far.Az"un məlumatına görə, Bakı Dövlət Cıdır Meydanında təşkil olunan yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Xızı, Xaçmaz, Astara, Bərdə, Gədəbəy və Şəmkirdən olan 80-dən artıq atlet mübarizə aparıb.

Açılış mərasimində çıxış edən AAF-nin baş katibi Məhərrəm Sultanzadə yarışın əhəmiyyətini qeyd edib və iştirakçılara uğurlar arzulayıb.

Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə idmançısı Bəxtiyar Əsgərli növbəti dəfə ölkə çempionu adını qazanıb.

6 km məsafədə Gəncə təmsilçisi Sərxan Talıbov, 3 və 2 km məsafələrdə isə müvafiq olaraq Gəncə və Xaçmaz təmsilçiləri Rinad İbrahimov və Raul Həsənov qalib olublar.

Qadınlar arasında 6 km məsafəyə qaçışda Qənirə Həsənova bütün rəqiblərini geridə qoyaraq Azərbaycan çempionu olub.

4 km məsafədə Elina Yusupova, 2 km məsafədə Şəmkir təmsilçisi Türkan Abbasova, 1 km məsafədə isə Xızı idmançısı Aişə Vəlili fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər