Xırdalanda maşının təkərinin lükə düşməsi ilə bağlı ADSEA-dan açıqlama
Far.Az xəbər saytı

Xırdalanda maşının təkərinin lükə düşməsi ilə bağlı ADSEA-dan açıqlama


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən, Regional Su Meliorasiya QSC Xırdalan dairəsində maşının təkərinin qapağının açıq lükə düşməsin hadisəsinə münasibət bildirib.

Qurumun Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, açıq qalan və ya qapağı olmayan lyuklarla bağlı məsələlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin diqqətində saxlanılır:

"Bu halların vaxtında aşkarlanması və aradan qaldırılması məqsədilə ərazilərdə mütəmadi baxış və monitorinqlər aparılır. Baxışlar zamanı lyukların vəziyyəti yoxlanılır, qapağı olmayan və ya zədələnmiş lyukların hansı qurumun balansına aid olduğu dəqiqləşdirilir.

Agentliyin balansında olan lyuklarla bağlı müvafiq tədbirlər görülür. Digər qurumların məsuliyyət dairəsinə aid olan hallar müəyyən edildikdə isə bu barədə aidiyyəti qurumlara məlumat verilir və məsələnin həlli üçün müvafiq tədbirlərin görülməsi istiqamətində iş aparılır. Lyuk qapaqlarının yerində olmaması oğurluq, zədələnmə və ya digər səbəblərlə əlaqədar ola bilər".

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşlardan açıq və ya qapağı olmayan lyuklarla qarşılaşdıqları zaman bu barədə aidiyyəti qurumlara məlumat vermələrini bildirib.

*** 09:38

Xırdalan dairəsi yaxınlığında maşının təkəri qapağı açıq lükə düşüb.

Far.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Paylaşımdan aydın olur ki, hadisə nəticəsində maşının ön hissəsinə ziyan dəyib.

Məsələ ilə bağlı aidiyyatı üzrə sorğu ünvanlamışıq.

Cavab veriləcəyi təqdirdə xəbər yenilənəcək:

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
"Qarabağ"ın qələbəsi dünyanın DİQQƏTİNDƏ - "Bakının dondurucu soyuğundan qaçdılar"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər