Azərbaycan genişzolaqlı internetin sürətinə görə iyulda 3 pillə irəliləyib
Far.Az xəbər saytı

Azərbaycan genişzolaqlı internetin sürətinə görə iyulda 3 pillə irəliləyib


Bu ilin iyul ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (92,52 Mbps) görə iyun ayına nisbətən 3 pillə irəliləyərək 151 ölkə arasında 81-ci olub.

"Report" "Speedtest Global Index"ə istinadən xəbər verir ki, ötən ay bir il əvvəlki göstərici (83,09 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 11,4 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (451,14 Mbps), axırıncı yeri isə Əfqanıstan (5,29 Mbps) tutub.

Azərbaycan ötən ay mobil internetin sürətinə görə 2 pillə geriləyərək 99,53 Mbps sürətlə 102 ölkə arasında 48-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (663,5 Mbps), sonuncu yeri isə Boliviya (16,5 Mbps) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 1 pillə geriləyərək 192 şəhər arasında 92,65 Mbps sürətlə 115-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (430,16 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Herat (3,98 Mbps) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 1 pillə geriləyərək 121,54 Mbps sürətlə 149 şəhər arasında 79-cu yerdə qərarlaşıb.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (694,14 Mbps), sonuncu yeri La Paz (Bolivia) (15,54 Mbps) tutub.

Oxşar xəbərlər

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 32 % artıb
Azərbaycan noyabrda mobil internetin orta sürətinə görə irəliləyib
Azərbaycan mobil internetin sürətinə görə iyunda 5 pillə irəliləyib
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 19 % artıb
Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər