Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Far.Az xəbər saytı

Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib


Bu ilin oktyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (57,62 MB/S) görə 158 ölkə arasında 93-cü yerdə qərarlaşıb ki, bu da sentyabra nisbətən 3 pillə irəliləyiş deməkdir.

"Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (30,48 MB/S) ilə müqayisədə isə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 89 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (316,99 MB/S), axırıncı yeri isə Kuba (2,84 MB/S) tutub.

Azərbaycan oktyabrda mobil internetin sürətinə görə isə sentyabr ayına nisbətən 6 pillə geriləyərək 55,90 MB/S sürətlə 111 ölkə arasında 54-cü olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (428,53 MB/S), sonuncu yeri isə Əfqanıstan (8,54 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 205 şəhər arasında 58,31 MB/S sürətlə 118-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (327,63 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,90 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 71,54 MB/S sürətlə 158 şəhər arasında sentyabr ayına nisbətən 5 pillə geriləyərək 76-cı olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (478,83 MB/S), sonuncu yeri Herat (9,22 MB/S) tutub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Regionda ən pis mobil internetin Ermənistanda olduğu müəyyən edilib  
"Global Media Group" və BMT-nin Qlobal Sazişi arasında memorandum imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər