Ramiz Əzizbəylinin kürəkəninin şikayəti rədd edildi, həbsdə saxlanıldı
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin külli miqdarda dələduzluqda təqsirləndirilərək həbs edilən kürəkəni Rüfət Qasımzadənin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə müraciət araşdırılsa da təmin edilməyib, əvvəlki qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Rüfət Qasımzadə və Məmməd Məmmədzadə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə tutulublar.
Nəsimi Rayon Polis İdarəsində hər iki şəxs barədə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, iş aidiyyəti üzrə Nəsimi Rayon Prokurorluğuna verilib.
Faktla bağlı hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, iş üzrə 4 nəfər zərərçəkmiş kimi tanınıb. İttihama görə, təqsirləndirilən şəxslər Ə.Allahverdiyevin 317 min manatını, E.Mahmudbəylinin 66 500 ABŞ dollarını (113 050 manat), E.Seyidovun 143 min ABŞ dollarını (243 min 100 manat), M.Cəfərovun isə 50 600 ABŞ dollarını (86 020 manat) dələduzluqla ələ keçirməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər qızıl alveri adı ilə zərərçəkmişlərin etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini mənimsəməkdə - ümumilikdə 759 min 170 manat dələduzluqda təqdirləndirilirlər.
Qeyd edək ki, təqsirləndirilən Rüfət Qasımzadə Xalq artisti, məhrum aktyor Ramiz Əzizbəylinin kürəkəni, eyni zamanda bacısının oğludur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Xalq artisti Rasim Balayev dəfn olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub













