Serbiyada keçirilən parlament seçkilərində seçici fəallığı 64,89 faizə çatıb - Yenilənib-2
Far.Az xəbər saytı

Serbiyada keçirilən parlament seçkilərində seçici fəallığı 64,89 faizə çatıb - Yenilənib-2


Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində yerli vaxtla saat 18:00-a olan məlumata görə, seçici fəallığı 64,89 faiz təşkil edib.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Serbiya Respublika Statistika İdarəsinin direktor vəzifəsini icra edən Branko Yosipoviç Respublika Seçki Komissiyasında keçirilən mətbuat konfransında məlumat verib.

Bildirilib ki, saat 18:00-a qədər Voyvodinada seçicilərin 66,90 faizi, Belqradda 65,67 faizi, Şumadiya və Qərbi Serbiya regionunda 64,53 faizi, Cənubi və Şərqi Serbiya regionunda isə 62,01 faizi səsvermədə iştirak edib.

Qeyd edək ki, əvvəlki - 2023-cü il dekabrın 17-də keçirilən parlament seçkilərində saat 18:00-a olan məlumata görə, seçici fəallığı 51,93 faiz təşkil edib.

Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində saat 12:00-a qədər seçici fəallığı 34,55 faiz təşkil edib.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Serbiya Respublika Seçki Komissiyasında (RIK) keçirilən mətbuat konfransında Respublika Statistika İdarəsinin direktor vəzifəsini icra edən Branko Yosipoviç məlumat verib.

Onun sözlərinə görə, saat 12:00-a qədər Voyvodinada seçicilərin 38,08 faizi, Belqradda 35,23 faizi, Şumadiya və Qərbi Serbiya regionunda 32,56 faizi, Cənubi və Şərqi Serbiya regionunda isə 31,96 faizi səs verib.

Qeyd edək ki, 2023-cü il dekabrın 17-də keçirilən əvvəlki parlament seçkilərində yerli vaxtla saat 12:00-a qədər seçici fəallığı 21,33 faiz olub.

RIK sədri Vladimir Dimitriyeviç isə bildirib ki, çoxsaylı seçki məntəqələrində səsvermə prosesi indiyədək insident və qanun pozuntuları qeydə alınmadan davam edir.

Onun sözlərinə görə, səhər saatlarında seçicilərin yüksək marağı səbəbindən bəzi məntəqələrin açılışında kiçik gecikmələr və sıxlıq yaranıb. Hazırda bütün seçki məntəqələri fəaliyyət göstərir.

Dimitriyeviç seçki komissiyalarının üzvlərini qanunvericiliyin və RIK-in təlimatlarının tələblərinə ciddi əməl etməyə çağırıb. O, seçki materiallarının qorunmasının vacibliyini vurğulayaraq, onların məhv edilməsinin və seçicilərin səsverməsinə mane olmağın cinayət əməli olduğunu xatırladıb.

RIK sədri əlavə edib ki, komissiya seçki günü ərzində müntəzəm mətbuat konfransları keçirərək seçici fəallığı və seçki məntəqələrindəki vəziyyət barədə ictimaiyyətə məlumat verəcək.

Serbiyada seçki məntəqələri saat 20:00-dək açıq olacaq.

Serbiyada növbədənkənar parlament seçkiləri başlayıb.

"Report"un Balkan bürosu xəbər verir ki, seçkilərdə vətəndaşlar Serbiya parlamentinin yeni çağırışında təmsil olunacaq 250 deputatı seçəcəklər.

Seçki məntəqələri Serbiya vaxtı ilə saat 20:00-dək açıq olacaq.

Qeyd edək ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti növbədənkənar parlament seçkilərini müşahidə etmək, həmçinin seçki idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini genişləndirmək üçün bu ölkədə səfərdədir.

Oxşar xəbərlər

Serbiyada seçici fəallığı 64,89 faizə çatıb - Yenilənib-2
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Serbiyada parlament seçkilərində seçici fəallığı 34,55 faizə çatıb - Yenilənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər