Tehran sammiti: Regionda sülh və təhlükəsizlik üzrə danışıqlar davam edəcək - Yenilənib-2
Far.Az xəbər saytı

Tehran sammiti: Regionda sülh və təhlükəsizlik üzrə danışıqlar davam edəcək - Yenilənib-2


Regionda sülh və təhlükəsizlik üzrə danışıqlar davam edəcək.

"Report" IRNA-ya istinadən xəbər verir ki, bu barədə Tehran sammitinin yekun bəyanatında qeyd olunub.

"Türkiyə və Səudiyyə Ərəbistanından olan nümayəndə heyətləri bazar ertəsi Tehranda keçirilən təhlükəsizlik görüşünü başa vurduqdan sonra bəyanat yayıblar. Onlar dörd region ölkəsi arasında əməkdaşlığın gücləndirilməsinə, o cümlədən sülh və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına yönəlmiş danışıqları davam etdirmək barədə razılığa gəliblər", - məlumatda bildirilib.

İslam ölkələri ortaq imkanlara arxalanaraq, dünyaya ədalət və inkişaf modeli təqdim edə bilər və İran bu dövlətlərlə istənilən faydalı anlaşmanı dəstəkləməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşdə deyib.

"İran İslam ölkələrinin vəhdətini və həmrəyliyini gücləndirmək üçün hər cür anlaşmanı dəstəkləyir", - o bildirib.

Pezeşkianın sözlərinə görə, İslam ölkələri arasında yaxınlaşma zəruridir: "İran qəti inam və ciddi iradə ilə regional əməkdaşlığın dərinləşdirilməsi, ixtilafların aradan qaldırılması və İslam ölkələrinin ortaq imkanlarından yararlanmaq istiqamətində addımlar atmağa, regionun vəhdəti, həmrəyliyi, təhlükəsizliyi və inkişafının güclənməsinə səbəb olacaq hər bir anlaşmanı dəstəkləməyə hazırdır".

İranda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmilərinin regional təhlükəsizlik və sabitliklə bağlı dördtərəfli görüşü keçirilib.

"Report" IRNA-ya istinadən xəbər verir ki, İran nümayəndə heyətinə ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rezai rəhbərlik edib.

Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyə Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da görüşə qatılıblar.

İclas Pakistanın təklifi, İranın yardımı və əməkdaşlığı ilə çağırılıb.

Regional təhlükəsizlik, ABŞ-İsrail hücumlarının davam etməsi, Fələstin və Livan xalqlarına yardım iclasda müzakirə olunan mövzular sırasındadır.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər