Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
Şotlandiya Parlamentində "COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" adlı qətnamə irəli sürülüb.
“Far.Az” xəbər verir ki, parlamentin rəsmi internet səhifəsində yerləşdirilən qətnamədə COP29-un dünyada, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh, beynəlxalq əməkdaşlıq və dostluq üçün əlamətdar hadisə olduğu vurğulanır.
COP29-un iqlimlə bağlı fəaliyyətin sülh və əməkdaşlıq üçün xalqlar arasında necə körpü rolunu oynaya biləcəyini təcəssüm etdirdiyi qeyd olunur.
Həmçinin dünyada davam edən münaqişələrdə iştirak edən bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağıran "COP Atəşkəs" təşəbbüsünə dəstək ifadə olunur.
COP29-un beynəlxalq iqlim danışıqları üçün həlledici məqam olduğu bildirlir və tədbirdə iştirak edən bütün tərəflərə iqlim böhranı ilə əsaslı şəkildə mübarizə aparmaq üçün əməkdaşlığa çağırış edilir.
Qeyd edək ki, qətnaməni 5 siyasi partiyadan – Leyboristlər, Mühafizəkarlar, Yaşıllar, Liberal Demokratlar, Şotlandiya Milli Partiyasından 25 nəfər parlament üzvü dəstəkləyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Avroparlamentin təsdiqlənən yararsızlığı – onlara yaraşan şumer atalar sözü - ŞƏRH
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













