"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb
Far.Az xəbər saytı

"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb


Bu ilin yanvar-sentyabr aylarında "Azəristiliktəchizat" ASC 1 milyon 67 min 857 Qkal istilik enerjisi istehsal edib.

"Far.Az" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə 4,3 % çoxdur.

Məlumata görə, bu müddət ərzində istehlakçılara 1 milyon 13 min 768 Qkal istilik enerjisi satılıb ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,6 % çoxdur.

Hesabat dövründə istilik itkisinin nisbəti 13,1 % səviyyəsində qeydə alınıb ki, 2025-ci ilin 9 ayı ilə müqayisədə 0,1 faiz bəndi azdır.

Bu müddət ərzində səhmdar cəmiyyəti tərəfindən istilik təchizatı, isti su və xidmət müqavilələri üzrə göstərilən xidmətlərə görə ödənişlərin ümumi məbləği 26 milyon 458,1 min manat həcmində olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24,4 % çoxdur.

Cari ilin 9 ayı ərzində "Azəristiliktəchizat" ASC-yə 24 milyon 933,1 min manat məbləğində ödəniş daxil olub ki, bu da ümumi ödəniş həcminin 94,2 %-nə bərabərdir. Həmçinin bu il səhmdar cəmiyyətinə 6 milyon 97,4 min manat vəsait daxil olub ki, bu da illik müqayisədə 32,4 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycanda "Chrome"un bazar payı iki ayda 8 %-dən çox azalıb
"Safari"nin Azərbaycandakı bazar payı 3 ayda 2 dəfədən çox azalıb
Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb
Azərbaycanda kompüterlərdə "Chrome"un bazar payı sentyabrda 9 %-ə yaxın azalıb
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər