Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var
Far.Az xəbər saytı

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var


Suriyanın Dəra və Həsəkə əyalətlərində minaların partlaması nəticəsində 2 uşaq ölüb və 3 nəfər yaralanıb.

"Far.Az" Suriya mediasına istinadən xəbər verir ki, Dəra əyalətinin Xirbət-Qəzalə şəhərində mina partlayışı zamanı 1 uşaq həlak olub, daha biri isə xəsarət alıb.

Dəra əyalətinin səhiyyə idarəsinin rəhbəri Xalid əl-Omayyan hər iki uşağın Dəra Milli Xəstəxanasına çatdırıldığını və onlara lazımi tibbi yardım göstərildiyini bildirib. Lakin onlardan biri sonradan aldığı ağır yaralardan dünyasını dəyişib.

Daha bir hadisə cümə günü Həsəkə əyalətində baş verib, burada mina partlayışı zamanı 12 yaşlı oğlan həlak olub, 12 və 14 yaşlı daha iki uşaq isə yaralanıb.

Uşaqların qohumunun sözlərinə görə, mina onlar taxıl anbarlarının yaxınlığında oynayarkən partlayıb.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Tovuzda evdə qaz partlayıb, 3 nəfər ağır xəsarət alıb
Masallıda ağır QƏZA: Ölənlər və yaralananlar var
Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər