Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını il ərzində 12 %-dən çox artıb
Far.Az xəbər saytı

Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını il ərzində 12 %-dən çox artıb


Bu ilin yanvar-avqust aylarında Mərkəzi Asiya ölkələrindən Azərbaycana 159 221 turist səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisindən (141 795 nəfər) 12,3 % çoxdur.

Bu barədə "Far.Az"a Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib.

Qazaxıstandan gələn turistlərin sayı 72 773 (bir il ərzində 5 % artım), Özbəkistandan 50 253 (+33,2 %), Türkmənistandan 20 389 (-4,8 %), Qırğızıstandan 7 948 (+12,1 %), Tacikistandan isə 7 858 nəfər (+26,1 %) təşkil edib.

Qeyd etmək lazımdır ki, 2026-cı ilin avqust ayında Azərbaycana səfər edən əcnəbilərin sayına görə TOP-10 ölkə arasında Qazaxıstan 7-ci (10 696 nəfər), Özbəkistan isə 9-cu (7 865) yerdə qərarlaşıb.

Cari ilin 8 ayı ərzində Azərbaycana 1,585 milyon əcnəbi səfər edib ki, bu da 2025-ci ilin eyni dövrünün göstəricisindən 8 % (1,72 milyon) azdır.

2025-ci ildə Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını 21,72 % artaraq 219 747 nəfərə çatıb: Qazaxıstandan 103 613 (+20,06 %), Özbəkistandan 62 308 (+34,3 %), Türkmənistandan 32 414 (-1,84 % ), Qırğızıstandan 11 651 (+33,69 %), Tacikistandan isə 9 761 nəfər (+60,2 %) gəlib.

Bütövlükdə 2017-2025-ci illərdə Mərkəzi Asiya ölkələrindən Azərbaycana 948 min nəfər (Qazaxıstandan 437 036, Özbəkistandan 246 613, Türkmənistandan 212 645, Qırğızıstandan 43 657, Tacikistandan 36 002 nəfər) səfər edib.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər