İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
2026-cı ildə Ermənistanın biomüxtəlifliyin qorunmasına həsr olunan COP-17 beynəlxalq tədbirinə ev sahibliyi etməsi ikiüzlü siyasətdən başqa bir şey deyil. Uzun illərdir regionun ekologiyasını fəlakətə sürükləyən və bunu bu gün də davam etdirən, transsərhəd çayları çirkləndirən, işğal dövründə Qarabağ və ətraf rayonların ekologiyasını məhv edən, Metsamor AES (Atom Elektrik Stansiyası) ilə böyük bir regionu çirkləndirən erməni hökumətinin beynəlxalq tribunadan biomüxtəlifliyin qorunmasına çağırış etməsinə ikiüzlü siyasətdən başqa ad vermək mümkün deyil. Təbiətin qorunmasından danışan ölkə ilk növbədə öz fəaliyyətinin və yürütdüyü siyasətin regionun ekologiyasına vurduğu ziyana aydınlıq gətirməlidir.
Metsamor AES
Ermənistanın regionun ekologiyasına vurduğu ziyanın miqyasını və yaratdığı təhlükələri anlamaq üçün ilk növbədə Metsamor AES-ə nəzər salmaq kifayətdir. Köhnə texnologiya, təhlükəsizliklə bağlı problemlər sübut edir ki, stansiya bütün regionun nüvə çirklənməsinə, ciddi fəlakətlərə səbəb ola bilər. Bu AES Cənubi Qafqaz regionu üçün ciddi risk mənbəyi olaraq qalmaqda davam edir və dəfələrlə həm Azərbaycan, həm Türkiyə bu barədə müxtəlif hesabatlar dərc ediblər. 1988-ci il zəlzələsində reaktorlardan birinin zədələnməsi, bu günə qədər stansiyada ciddi təmir və yenilənmə işlərinin aparılmaması, 1980-ci ildən fəaliyyət göstərən ikinci enerji blokunun istismar müddətinin əvvəlcə 2026, sonra isə 2036-cı ilə qədər uzadılması ciddi siqnallar sayılmalıdır. Çünki ani diqqətsizlik və qəza qonşu ölkələrə də ciddi təsir göstərə bilər. Burada diqqət ediləcək məqam istismar müddəti iki dəfə uzadılan nüvə blokunun təhlükəsizliyinin hansı texniki göstəricilərlə əsaslandırılması, qəza riskinə qarşı hansı tədbirlərin görülməsi, radioaktiv çirklənmənin qarşısının alınması üçün bir neçə planın olub-olmamasıdır. Azərbaycan və Türkiyənin də haqlı narazılığının səbəbi Ermənistan bu suallara hələ də cavab verməməsidir. Bu gün COP-17 tədbirinə ev sahibliyi edən Ermənistan ölkəni və regionu qəzalı, köhnə AES-lə fəlakətə sürükləyir.
İşğal dövründə ərazilərimizə vurulan ekoloji ziyan
Bu gün COP-17-yə ev sahibliyi edən Ermənistan işğal dövründə Qarabağ və ətraf rayonların ekologiyasını sözün əsl mənasında məhv edib. Çünki burada söhbət təkcə meşələrin qırılması və təbii sərvətlərin talanmasından getmir. Bunlarla yanaşı, bitki örtüyü, torpaq, suvarma kanalları və təbii yaşayış mühitləri də terrora məruz qalıb.
Torpaqlar azad edildikdən sonra monitorinqlər üzə çıxarıb ki, Şərq çinarı kimi nadir ağac növləri kəsilib (yaşı 500-1600 il olan ağaclar), meşə və yaşıllıq sahələri məhv edilib, qəsdən törədilən yanğınlar nəticəsində bitki örtüyü məhv olub. Monitorinqlər üzə çıxarıb ki, işğal dövründə 54 min hektar meşə sahəsi məhv edilib. 54 min 544 kənd təsərrüfatı təyinatlı torpaq məhsuldarlığını itirib. Eyni zamanda işğal dövründə qızıl, mis və digər mineral ehtiyatlar talan edilib.
Məsələ bununla da bitmir. İşğal dövründə Qarabağ və ətraf rayonların suvarma infrastrukturu dağıdılıb, Sərsəng su anbarının ermənilər tərəfindən idarə olunması ətraf rayonların suya çıxışına mənfi təsir edib.
Transsərhəd ekoloji problemlər
Ermənistanın su ehtiyatlarına vurduğu ziyan bu gün də transsərhəd ekoloji problemlərlə davam edir. Ermənistandan başlayan və Azərbaycan ərazisinə daxil olan Oxçuçay sənaye tullantıları ilə çirkləndirilir. Aparılan monitorinqlər də sübut edir ki, Oxçuçay ağır metallarla çirkləndirilir. Bu çirklənmə isə Azərbaycan ərazisindəki su ehtiyatlarına və canlı aləmə də mənfi təsir göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlər zamanı Oxçuçaydan götürülən nümunələrdə mis, molibden, manqan, dəmir, sink və xrom kimi ağır metalların normadan yüksək olduğu bildirilib. Həmin məlumatda bəzi nümunələr üzrə dəmirin normadan 4, nikelin isə 7 dəfəyədək artıq olduğu qeyd edilib. Materialda su və dib çöküntülərinin Almaniyanın SGS laboratoriyasında təhlil olunduğu da göstərilir. 2021-ci ildə isə çayın Zəngilan ərazisindən keçən hissəsində balıqların kütləvi tələf olması müşahidə edilib. Bu isə sudakı ağır metalların yüksək konsentrasiyası ilə əlaqəli olub. Ermənistan Qafan və Qacaran ərazisindəki dağ-mədən müəssisələrindəki tullantıları suları çaya axıadaraq, Oxçuçayı çirkləndirir.
Ermənistanın çayları çirkləndirməsi təkcə Oxçuçayla məhdudlaşmır. Həm Azərbaycan, həm də İran üçün su ehtiyatı və suvarma üçün mühüm çaylardan olan Araz çayı da eyni çirklənməyə məruz qalır. Qafan və Qacarandakı mis-molibden mədənləri, Aqarak mis-molibden kombinatının tullantıları da uzun müddətdir Araz çayına axıdılır. Bundan əlavə, AES-in də tullantıları Ermənistan tərəfindən Araz çayına axıdılır. Azərbaycan və İran tərəfi dəfələrlə Ermənistana bu çirklənmənin qarşısının alınması üçün xəbərdarlıq edib. Nəzərə almaq lazımdır ki, Arazın Azərbaycandan keçən hissəsində yaşayış məntəqələri, əkin sahələri və otlaqlar yerləşir. Bu isə ekoloji terrorun miqyasını görmək üçün kifayət edən faktdır.
Digər məqam isə Alaverdi və Sünik bölgələri, Amulsar qızıl mədəni ilə bağlıdır. Bu ərazilərdəki mədənçilik fəaliyyəti həm qrunt suları, həm də transsərhəd sular üçün risklər yaradır. Ermənistanda filiz hasilatı və emalı zamanı yaranan tullantılar düzgün idarə edilmir, ağır metallar torpağa və sulara qarışaraq, ekoloji problemlərə səbəb olur. Amulsar qızıl mədənindəki bu tullantılar Arpa və Vorotan çaylarını çirkləndirir. Bu çaylar da Araza qovuşduğu üçün əlavə təhlükələr yaradır. Ermənistan isə Amulsar layihəsinin transsərhəd ekoloji təsirləri barədə qonşu ölkələrə hesabat təqdim etmir. Bu isə regional ekoloji təhlükə yaratmaqla yanaşı, beynəlxalq hüquq normalarının pozulması deməkdir. Söhbət BMT-nin Espoo Konvensiyasından, yəni transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyadan gedir. Bu konvensiyaya əsasən, transsərhəd fəsadlar törədə biləcəyk hər hansı irimiqyaslı layihə həyata keçirilmədən əvvəl qonşu dövlətlərlə məsləhətləşmələr aparılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatları açıq şəkildə təqdim olunmalıdır. Ermənistanın isə siyanid və ağır metallarla zəngin tullantıları su hövzələrinə axıdaraq bu öhdəliklərdən boyun qaçırması, beynəlxalq hüququ pozması, Konvensiya şərtlərinə əməl etməməsi onun ekologiyaya olan "hörmətinin dərəcəsini göstərir".
Buna görə də haqlı bir sual ortaya çıxır: COP-17-də biomüxtəlifliyin qorunmasından dəm vuran Ermənistan niyə öz ərazisindəki iri mədən layihələri ilə bağlı suallara cavab verməkdən, hesabatlar təqdim etməkdən boyun qaçırır?
Yekun olaraq, deyə bilərik ki, köhnə nüvə texnologiyasından imtina etməyərək, regionun ekoloji tarazlığını riskə atan, transsərhəd suları kimyəvi tullantılarla zəhərləyən, uzun illər işğal altındakı torpaqlarda ekoloji terror əsdirən bir ölkənin biomüxtəlifklik platformasına ev sahibliyi etməsi ciddi təəssüf doğurur. Rəsmi İrəvan bu gün və COP-17 ərzində tribunadan pafoslu çıxışlar etmək əvəzinə, Cənubi Qafqazın təbiətinə vurduğu ağır zərbələrin məsuliyyətini dərk etməli, bunun qarşısını almaq üçün real addımlar atmalıdır...
Kamil Məmmədov
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
-
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
-
Zelenski Ukrayna, Rusiya və ABŞ üçtərəfli görüşünün planlarını təsdiqləyib
-
Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb
-
Fransa DİN rəhbəri: Paris yaxınlığında baş verən atışma terror aktıdır - Yenilənib
-
Ucarda "Aqrar Biznes" və "I Çəltik" festivalı keçirilib - Yenilənib













